
Fransada Yeni il gecəsi xuliqanlar tərəfindən 870-dən çox avtomobil yandırılıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen bildirib. Onun sözlərinə görə, bu rəqəm 874 olub. Bu isə əvvəlki illərlə müqayisədə azdır.
2019-cu ildə naməlum şəxslər tərəfindən 1,3 mindən çox avtomobil məhv edilib.
Nazirin sözlərinə görə, Fransada bir gecədə 440-dan çox adam saxlanılıb, onlardan 380-ə yaxını nəzarətə götürülüb.
Gununsesi.info