Parisdə hökümətə qarşı “sarı jiletlər”in aksiyası günlərdir davam edir

Parisdə hökümətə qarşı “sarı jiletlər”in aksiyası günlərdir davam edir

Fransa polisi Parisdə “sarı jiletlər” hərəkatının şənbə günü keçirilən aksiyasında 32 etirazçını saxlayıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə paytaxt polisi məlumat yayıb.

“Saat 15.45-də (Bakı vaxtı ilə saat 18:45) polis prefekturasının əməkdaşları 32 nəfəri saxlayıb”, – deyə asayiş keşikçilərinin “Twitter”də yerləşdirilmiş xəbərində bildirilir.

BFMTV telekanalı isə qeyd edib ki, “sari jiletlilər” 62-ci istirahət günüdür ki, etiraz aksiyası keçirir. “Təxminən saat 14:30 (Bakı vaxtı ilə saat 16:30) asayiş keşikçiləri “təntənəli yürüşün başında olmaq” istəyən və polisə əşyalar atmaq istəyən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq ediblər. Ancaq bütovlükdə nümayiş dinc keçib”, – deyə bildirilib.

 

 

Gununsesi.org

COMMENTS