
Pakistanlı parlamentarilər sol mərkəzçi Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdarini ölkənin 14-cü prezidenti seçiblər.
Gununsesi.info xəbər verir ki, bəzi kiçik siyasi partiyalar, o cümlədən Camiat Ulema-e-İslam Fazal və Camaat-e-İslami seçkiləri boykot edib və bu partiyalardan heç bir deputat səs verməyib.
İslamabadda və dörd əyalətin paytaxtında Milli Assambleyanın binasında yerli vaxtla səhər saat 10-da başlayan səsvermə axşam saat 4-ə qədər davam edib.
Zərdari ölkənin ən yüksək, lakin simvolik konstitusiya vəzifəsində ikinci müddətə seçilən yeganə siyasətçi olub.
İki dəfə baş nazir olmuş Benazir Bhuttonun həyat yoldaşı və hakim koalisiyanın namizədi olan 68 yaşlı Zərdari cənub-qərbdəki Bəlucistan əyalətindən olan təcrübəli siyasətçidir.
Fevralın 8-də parlamentdə keçirilən səsvermədə 72 yaşlı Şahbaz Şərif 201 səslə ölkənin 24-cü baş naziri olub.
Həbsdə olan keçmiş baş nazir İmran Xanın dəstəklədiyi müstəqillər 266 yerlik Milli Assambleyada 92 yer qazanaraq seçkilərdə ən çox yer qazanan qrup olub.
Gununsesi.info