
Fevralın 24-də saat 05:00-dan Ukrayna Silahlı Qüvvələri Rusiyanın irəlilədiyi ərazilərdə intensiv döyüş əməliyyatları aparır. Ukrayna Silahlı Qüvvələri Qara Dəniz Əməliyyat Bölgəsində “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından istifadə edir.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rudnya (Belarus)-Vystupovyçi (Ukrayna) istiqamətində Rusiya iki tank, zirehli transportyor və maşınlarla dövlət sərhədini keçməyə cəhd edib.
“Nəticədə düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib”, – vurğulanıb.
Qeyd edilib ki, Putivl bölgəsində Rusiya tanklarının hücumu dayandırılıb, Vışqorod səmasında qarşı tərəfin KA-52 helikopteri vurulub.
Heniçesk, Skadovsk, Çaplinka şəhərlərində, eyni zamanda, Hostomel hava limanı uğrunda döyüşlər gedir.
Gununsesi.info