
Amerika Birləşmiş Ştatlarında yaşayan siyasi fəal Murad Quliyev HƏP-dən istefa verib.
Gununsesi.info-nun xəbərinə görə, bununla bağlı bəyanat yayan Murad Quliyev istefasını belə əsaslandırıb:
Haqq Ədalət Partiyasındakı vəzifəmdən və üzvlükdən bu gündən etibarən istefa verirəm.
Qeyd edim ki, partiyanın 15 təsisçisindən biri olmuşam. Səbəb özümü artıq orda görə bilməməyimdir. Partiyanın son zamanlar seçdiyi kurs bizim yolumuzu ayırmağı diktə etdi. HƏP-in təsisində iştirak edən şəxs kimi bunu görmək və yazmaq təəssüf doğurur.
Partiyaya dəvəti şəxsən hörmətli Professor Əli İnsanov cənablarından almışdım.
İndi vəziyyət dəyişib. İndi kifayət qədər siyasi ehtiyatkar kimi tanınan insanlar da HƏP-ə üzv ola bilir”.
Qeyd edək ki, Murad Quliyev sabiq iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin oğludur.
Gununsesi.info