Ölkədə peyvənd olunanların sayı açıqlandı

  • By admin
  • 31 May 2021 21:08

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 407 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 253 216, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 258 təşkil edir.

Gununsesi.info