
Ağdaşda “Hyundai” markalı avtomobil qəzaya uğrayıb.
Gununsesi.info-nun məlumatına görə, Bakı şəhər sakini,1983-cü il təvəllüdlü İmanov Elməddin Səxavət oğlunun idarə etdiyi “Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarına aşıb.
Nəticədə, avtomobilin sürücüsü E.İmanov, atası İmanov Səxavət Əliş oğlu və anası İmanova Təranə Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hər üç yaralının vəziyyətinin ağır olduğunu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info