Olimpiya Oyunlarını qəbul etməyə tam hazır deyilik - Ann Hidalqo

  • By ilhame
  • 25 Yanvar 2024 19:30

Parisin meri Ann Hidalqo etiraf edib ki, şəhər 2024-cü il Olimpiya Oyunlarını qəbul etməyə tam hazır deyil.

 

Gununsesi.info xəbər verir ki, onun sözlərini “BFM” nəşri yayıb.

 

Merin sözlərinə görə, şəhər sakinləri müəyyən problemlərin olduğunu bilməlidirlər:

 

“Hələ bütün problemlər həll olunmayıb. Biz insanlara yalan danışmamalıyıq. Hər gün insanlar nəqliyyatda problem yaşayırsa, mən deyə bilmərəm ki, hər şey yaxşıdır və heç bir problem yoxdur”.

Gununsesi.info