
Qanunsuz saxlanılan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Oğuz, Zaqatala və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində vətəndaşlar ümumilikdə 4 odlu silahı könüllü təhvil veriblər.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı isə rayon sakinindən qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi götürülüb.
Gununsesi.info