Bu ilin aprel ayında həyata keçirilən əməliyyatlar nəticəsində 37 terrorçu zərərsizləşdirilib.
Gununsesi.org-un xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi İsmayıl Çataklı bildirib.
Onun sözlərinə görə, həmin terrorçulardan 11 nəfəri öldürülüb, 22 terrorçu yaralı olub.
DİN rəsmisi deyib ki, 4 terrorçu özü təslim olub, zərərsizləşdirilən terrorçular PKK və İŞİD üzvləridir.
İ. Çataklı vurğulayıb ki, Türkiyədəki mövcud terrorçu sayı ilk dəfə 500-dən aşağı enib: “Aparılan araşdırmalara görə, ölkə daxilində olan terrorçu sayı 492-dir”.
O qeyd edib ki, ilin əvvəlindən bu günə kimi PKK terror təşkilatına qoşulanların sayında azalma müşahidə edilir.
Gununsesi.org
COMMENTS