Netanyahu əməliyyat olundu: Türkiyəyə səfərini təxirə saldı

  • By arzu
  • 23 İyul 2023 15:58

İsrailin baş naziri Benyamin Netanyahuya ürək stimulyatorunun quraşdırılması əməliyyatı uğurla keçib.

Hökumət başçısının səhhəti müsbət qiymətləndirilir.

Məlumata görə, hələlik o, “Tel HaShomer” xəstəxanasının Şeba Tibb Mərkəzinin kardiologiya şöbəsində müşahidə altındadır.

Bildirilir ki, baş nazirin həkimləri ürək döyüntüsünü izləyən cihazın ötən gecə aritmiya barədə xəbərdarlıq etməsindən sonra kardiostimulyatorun implantasiyasını tövsiyə ediblər.

Qeyd edək ki, səhhətilə bağlı olaraq İsrail hökumətinin başçısı Türkiyəyə iyulun 28-də baş tutmalı olan səfərini təxirə salıb. / Oxu.az

 

Gununsesi.info