Azərbaycan nefti ucuzlaşdı

  • By Admin2
  • 05 Mart 2026 09:52

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,87 ABŞ dollar azalıb.

Gununsesi.info xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,87 ABŞ dolları və ya 4,7 % azalaraq 82,29 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info