“Neftçi” yarımfinalda “Qarabağ”a rəqib olub

  • By ilhame
  • 09 Fevral 2024 21:19

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

 

Gununsesi.info-nun məlumatına görə, sonuncu cavab matçında “Neftçi” “Sumqayıt”ı qəbul edib.

 

“Neftçi Arena”dakı qarşılaşma heç-heçə başa çatıb – 1:1.

 

Meydan sahiblərində 26-cı dəqiqədə Filip Ozobiç fərqlənib. “Gənclik şəhəri” təmsilçisində Roi Kehat 40-cı dəqiqədə tarazlığı bərpa edib.

 

Sumqayıtdakı ilk matçda rəqibini 3:2 hesabı ilə üstələyən “Neftçi” yarımfinala yüksəlib. Komanda bu raundda “Qarabağ”la üz-üzə gələcək.

Gununsesi.info