
Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının lideri, bir neçə dəfə ölkənin baş naziri olmuş Nəvaz Şərif özünü parlament seçkilərinin qalibi elan edib.
Gununsesi.info bu barədə Pakistan KİV-ə istinadən xəbər verir.
Lahordakı iqamətgahı qarşısında tərəfdarlarına müraciət edən siyasətçi həmçinin yeni koalisiya hökuməti qurmağa hazır olduğunu bildirib.
N.Şərifin sözlərinə görə, onun partiyası seçkilərdə ən böyük siyasi partiya olub.
Gununsesi.info