Qurban Qurbanov Almaniya klubunun məşqini izləyib

  • By ilhame
  • 25 Yanvar 2024 22:12

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Almaniyanın “Bayer 04” klubunun məşqini izləyib.

 

Gununsesi.info xəbər verir ki, azərbaycanlı mütəxəssis məşqdən əvvəl Leverkuzen təmsilçisinin ispaniyalı çalışdırıcısı Xabi Alonso ilə söhbət edib.

 

Qurbanov məşq prosesini izlədikdən sonra Bakıya qayıdıb.

 

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi dünən ispaniyalı mütəxəssislə görüşərək fikir mübadiləsi aparıb.

Gununsesi.info