Ərdəbilin imam-cüməsi və İran İslam Respublikasının ali dini rəhbərinin nümayəndəsi Ayətullah Seyid Həsən Ameli çıxış edərək erməniləri işğalçı adlandırıb.
Gununsesi.org Qazet.az-a istinadla xəbər verir ki, İran rəsmisi ermənilərin Qarabağdan çıxmalı olduğunu bildirib.
Məlumatda deyilir:
“Mübarək Ramazan ayının 19-cu gecəsində çıxış edən Ayətullah Seyid Həsən Ameli son dövrlərdə mediada müşahidə olunan fitnə-fəsadlara və kiber məkanda bəzi müxaliflərə işarə edərək buyurmuşdur ki, Azərbaycan xalqı bizim qardaşımızdır. İran İslam Respublikası həmişə Azərbaycan xalqını dəstəkləyir. Ermənilər işğalçıdırlar və Qarabağı tərk etməlidirlər”.
COMMENTS