Nazarbayev daha bir postundan İSTEFA VERDİ

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev daha bir postunu tərk edib.

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, o, Qazaxıstan Xalqları Assambleyasının sədri postundan istefa verib. Qazax xalqının öndəri öz səlahiyyətlərini hazırkı prezident Kasım-Jomart Tokayevə təhvil verib.

Bununla belə, Nazarbayev hələ də Təhlükəsizlik Şurasının sədri və “Nur Otan” partiyasının sədri səlahiyyətlərini icra edəcək.