
“Perseverance” aparatının göyərtəsində Mars planetinə göndərilmiş “Ingenuity” helikopterinin ilk sınaq uçuşunu gələn həftənin bazar ertəsi günü həyata keçirilə bilər.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, belə bir açıqlama ABŞ Milli Aviasiya və Kosmik Məkanın Araşdırılması İdarəsinin (NASA) saytında dərc edilib.
Məlumata görə, helikopterin sınaqlarına ABŞ-ın Şərq sahili vaxtı ilə təxminən saat 03:30-da (Bakı vaxtı ilə 11:30-da) başlanılacaq. Bu zaman sınaq haqqında məlumatlar “Yer kürəsinə bir neçə saatdan sonra çatacaq”. Test uçuşu təxirə salınmazsa, NASA mütəxəssisləri saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00) brifinq keçirəcəklər.
Qeyd edək ki, daha əvvəl “Ingenuity”nin aprelin 11-nə planlaşdırılan ilk uçuşu bir neçə dəfə təxirə salınıb. Bununla yanaşı, NASA helikopterin bütün sistemlərinin normal işlədiyini bildirib.
Gununsesi.info