
Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Rusiya XİN rusiyalı diplomatların ölkədən göndərilməsinə görə Çexiyanın addımına qarşı müvafiq cavab tədbirləri görəcəyini bəyan etmişdi.
Xatırladaq ki, aprelin 17-də Çexiya 18 rus diplomatı Rusiya kəşfiyyatının üzvü olmaqda və gizli fəaliyyətdə ittiham edərək ölkədən göndərəcəyini elan etmişdi.
Gununsesi.info