Naxçıvanın yeni FHN rəhbəri kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə polkovnik Şahin Mirzəyev təyin edilib.

Gununsesi.info bildirir ki, Şahin Mirzəyev daha əvvəl Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi olub.

HTML tutorial

Ş. Mirzəyev 16 aprel 1968-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

Azərbaycan Texniki Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

Gununsesi.info