
İsveçrənin və dünyanın ən nüfuzlu təhsil ocaqlarından Bern və Lozanna universitetlərinin professorları Vulf Linder və Şon Müller Bakıya gələcək.
Gununsesi.info-nun xəbərinə görə, yanvar ayının 28-də saat 17:30-da iki professor birlikdə “Landmark” hotelin “Gaia” zalında “İsveçrə təhsili və İsveçrə neytrallığı” mövzusunda çıxış edəcəklər.
Professorların çıxışı sinxron tərcümə ediləcək.
İsveçrəni bahalı saatı, zənginliyindən yox, elmindən tanımaq istəyənlər üçün əla fürsətdir.
Konfransda birbaşa sizi maraqlandıran sualları vermək imkanınız olacaq.
Bilet almaq istəyənlər 070 537 21 84 nömrəsi ilə əlaqə saxlasın.
Gununsesi.info