Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4 illik auditor seçir

  • By ilhame
  • 29 Aprel 2024 15:08

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumlarının 2020-2023-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunluğunun auditi üçün açıq tender elan edib.

 

Gununsesi.info xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

 

İddiaçılar təkliflərini mayın 7-nə qədər Nazirliyin yerləşdiyi Naxçıvan şəhəri, Atatürk küçəsi, 1 ünvanına təqdim edə bilərlər.

 

Təkliflərə mayın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Gununsesi.info