Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

  • By ilhame
  • 25 Fevral 2024 09:42

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

 

Bu barədə Gununsesi.info – ya Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Gununsesi.info