
Rusiya NATO-nun Ukraynada nüvə silahı yerləşdirməyəcəyinə ümid edir.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın AB-dəki daimi nümayəndəsi Vladimir Çijov deyib.
“NATO Ukraynada nüvə silahı yerləşdirəcəkmi? Ümid edirəm ki, yox!” – Çijov vurğulayıb.
Diplomat qeyd edib ki, ABŞ-dan fərqli olaraq, Rusiya öz ərazisindən başqa heç bir yerdə nüvə qurğuları yerləşdirmir.
Gununsesi.info