
Bu gün axşam saatlarında tanınmış jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib.
Gununsesi.info-nun xəbərinə görə, jurnalistin arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyərək, ondan yazmamasını istəyib.
Olayla bağlı DİN-in 102 xidmətinə məlumat verilib.
Aytənin ən çox ictimailəşdirdiyi iş azyaşlı Nərminin qətlinə görə hıbs edilən İlkin Süleymanovla bağlı məhkəmə işidir.
Gununsesi.info