NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir

  • By ilhame
  • 19 Yanvar 2024 21:10

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsində yazıb.

 

O, həmçinin NATO-nun Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

 

Gununsesi.info