
“Bu gün ABŞ Dövlət katibi Blinkenlə müzakirəmizin mövzusu Ukraynanın sərhədlərindəki təhlükəsizlik vəziyyəti və müvəqqəti işğal olunmuş Donbasdakı vəziyyət idi”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Blinkenlə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
“Rusiyanın birinci planı odur ki, Ukrayna dövlət kimi mövcud olmasın, lakin Ukrayna mövcuddur və o inkişaf edir. Biz çətin zamanlardan keçmişik, keçirik, bizim vətəndaşlarımız həlak olur, bunlar çətindir, amma biz güclüyük və deyərdim ki, həmişəkindən daha güclüyük. Bizim güclü ordumuz, çox güclü diplomatiyamız və güclü tərəfdaşlarımız var. Biz Rusiyanın aqressiyasının risklərini başa düşürük, lakin inanırıq ki, bu çətinliklərin zamanın öhdəsindən gələcəyik və xilas olacağıq. Rusiyanın bu gün görmək istədiyi ən böyük şey Ukraynada panika və inamsızlıqdır. O, Ukraynanın daxildən zəifləməyini, bizim maliyyə sistemimizin zəifləməsini görmək istəyir. Lakin biz ölkədə maliyyə sisteminin stabilliyi üçün bütün səyləri göstəririk. Bizim iqtisadiyyatımız çətinliklərdən zərər görməyəcək.
Biz bilirik ki, ABŞ bizim yanımızdadır və bu təkcə təhlükəsizlik məsələsində deyil, həmçinin daxili güclənmə, islahatlar sahəsində də belədir”, – XİN rəhbəri bildirib.
O vurğulayıb ki, Ukraynanın iştirakı olmadan Ukrayna barədə danışıqlar getmir, qərarlar verilmir: “Bizim tərəfdaşlarımız əgər danışıqlar aparırsa, onlar bizi məlumatlandırır, biz onların nəyi müzakirə etdiyini bilirik”.
Gununsesi.info