
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin keçmiş rəhbərliyini tənqid edib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, Prezident iğtişaşlar zamanı Müdafiə Nazirliyinin rəhbərliyinin inamsızlıq göstərdiyini, təşəbbüskar olmadığını qeyd edib.
“Keçmiş müdafiə naziri Bektanov komandirlik keyfiyyətləri göstərə bilmədi”, – deyə Tokayev çıxışında qeyd edib.
Qeyd edək ki, bu gün Tokayevin sərəncamı ilə müdafiə naziri postuna Ruslan Jaksılkov təyin olunub.
Gununsesi.info