
Beş ölkə İsrail ordusunun Qəzza zolağına hücumlarının araşdırılmasını tələb edərək Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorluğuna müraciət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ICC-nin saytında yerləşdirilən məlumatda deyilir.
Tələb Banqladeş, Boliviya, Cibuti, Komor adaları və Cənubi Afrika tərəfindən edilib.
Məlumatda qeyd olunub ki, Roma Nizamnaməsinə uyğun olaraq, iştirakçı dövlət digər iştirakçı dövlətin ərazisində törədilmiş cinayətlərin araşdırılması üçün BCM-nin prokurorluğuna müraciət edə bilər.
3 mart 2021-ci il tarixindən etibarən BCM 13 iyun 2014-cü ildən Qəzza zolağında və İordan çayının qərb sahilində törədilmiş məhkəmə yurisdiksiyası daxilində cinayətləri araşdırır.
Gununsesi.info