
“Qaribaşvilinin niyə bu cür bəyanat verdiyini bilmirəm, mən belə etməzdim”.
Gununsesi.info gürcü mediasına istinadla xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “France 24” kanalına müsahibəsi zamanı deyib.
O bildirib ki, Baş nazir İrakli Qaribaşvilinin Rusiyaya qoyulan sanksiyalara niyə qoşulmaq istəmədiyini anlamır:
“Düzdür, nəzərəçarpacaq effekti olacaq addımlar atacağımıza əmin deyiləm. Amma mən hesab edirəm ki, sanksiyalara qoşulmamağımız məntiqsizdir, mən bu cür bəyanat verməzdim. İndi vacib olan və Gürcüstandan gözlənilən həmrəyliyimizdir və mən bura – Avropaya bunu nümayiş etdirmək üçün gəlmişəm”.
Xatırladaq ki, Baş nazir İrakli Qaribaşvili Gürcüstanın Rusiyaya qarşı sanksiyalarda iştirak etmək fikrində olmadığını açıqlamışdı.
Gununsesi.info