
Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev istefa verib.
Gununsesi.info-nun məlumatına görə, ölkə prezidenti Kasım-Jomart Tokayev nazirin istefasını qəbul edib.
Qeyd olunur ki, müdafiə naziri avqustun 26-da Jambıl vilayətindəki hərbi hissədə baş vermiş partlayışla əlaqədar istefaya yollanıb.
Xatırladaq ki, hərbi hissənin silah anbarında baş vermiş partlayış və yanğın nəticəsində 15 nəfər həlak olub, 100-ə yaxın şəxs yaralanıb. Bir nəfərin isə itkin düşdüyü bildirilib.