Əhməd Məsud təslim olmağa razıdır

“Taliban iqtidarı hər kəslə bölüşmək, Əfqanıstanda ədalət mühiti qurmaq və hamıya bərabərlik, azadlıq bəxş etmək niyyətindədirsə, geri çəkilib siyasəti tərk edəcəyəm”.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Əfqanıstan müqavimət hərəkatının lideri Əhməd Məsud bildirib.

O, hansı halda “Taliban”ın hakimiyyətini tanıyacağına dair şərtlər irəli sürüb. Bildirib ki, digər tələb Əfqanıstanda vahid icra orqanların yaradılmasıdır.

Bundan əlavə, Əhməd Məsud xaricdən maddi dəstək almadığını diqqətə çatdırıb.