
“Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib”.
Bu barədə “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva Gununsesi.info-ya bildirib. Qeyd edək ki, M. Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.
2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.
Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunub, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.
Gununsesi.info