Ərdoğanın səfəri münaibətilə Milli Məclisin xüsusi iclası keçiriləcək

İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Report-a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.