d

Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazisində kilsə tikilir

Gürcüstan “Qırmızı Körpü” sərhəd keçid məntəqəsi yaxınlığında kilsə inşasına başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Marneuli və Hucabinin yepiskopu Qiorqinin Camdelianinin xeyir-duası ilə “Müqəddəs Andria Pirveltsodebuli” kilsəsinin təməli qoyulub.

Mərasimdə Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Kvemo-Kartli qubernatoru Qiorqi Doxturişvili, Gürcüstan Parlamentinin deputatları Zaur Darğallı və Aleksandr Dalakişvili, Marneuli Sakrebulosunun sədri Amiran Qiorqadze, Qardabani meri Davit Karqareteli və digər rəsmilər iştirak ediblər.