
“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edilib.
Gununsesi.info – nun xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi 19 ədəddən 22 ədədə qaldırılıb.
Gununsesi.info