Mövlam Şıxəliyev məhkəmədə huşunu itirdi

  • By admin
  • 05 Noyabr 2021 17:15
  • Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Gununsesi.info xəbər verir ki, M. Şıxəliyev proses zamanı halı pisləşərək özündən gedib.

Jurnalistlər prosesə buraxılmadığından generalın vəkili Ceyhun Yusifovla əlaqə saxladıq.

Saytımıza açıqlamasında vəkil bu xəbəri təsdiq edib:

”Şıxəliyev dəfələrlə ağır əməliyyatlar keçirib. Səhhətində hal hazırda ciddi problemlər var. Barəsində həbs qətimkan tədbirinin dəyişdirilməməsi vəziyyətinin getdikcə daha da pisləşməsinə səbəb olur. Mövlam Şıxəliyev tezliklə ev dustaqlığına buraxılmazsa  xoşagəlməz hadisələrə şahid ola bilərik”.

Elmar

Gununsesi.info