4 noyabr bazar ertəsi günü İsrail baş naziri Benyamin Netanyahu təcili Baş Polis Müfəttişinin vəzifəsini icra edən Moti Koenə müraciət edib.
Gununsesi.org İsrail mediasına istinadla xəbər verir ki, bu barədə hökumət başçısının ofisinin məlumatında deyilir.
Müraciətə səbəb “Facebook” sosial şəbəkəsində Zvick Seqev adı altında istifadəçinin hökumət başçısını və ailəsini öldürməyə çağıran bir mesajı olub. Baş nazir Koendən dərhal istintaqa başlamağı tələb edib. Ətraflı məlumat verilmir.

Gununsesi.org
COMMENTS