Miri Yusifin övladları Türkiyədə dərsə başladı  - FOTO

Xalq artisti Miri Yusifin övladları Türkiyədə məktəbə başlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Xalq artisti instaqram hesabında məlumat yayıb. Ailə üzvləri ilə fotolarını paylaşan ulduz qızı Adel, oğlanları Mirhüseyn və Mircahidin məktəbə başladığını vurğulayıb.

Qeyd edək ki, Xalq artisti Azərbaycandakı sərt karantin rejimi dövründə ailəsi ilə birgə İzmirə köçməyə qərar verib.