İsveçrə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə qoşulub

  • By ilhame
  • 01 Mart 2024 22:02

İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinə cavab olaraq qəbul etdiyi 13-cü sanksiya paketinə qoşulub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İsveçrə hökuməti – Federal Şura məlumat yayıb.

 

“29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulub”, – məlumatda diqqətə çatdırılıb.

 

Məhdudlaşdırıcı tədbirlər martın 1-də yerli vaxtla saat 18:00-dan qüvvəyə minib.

 

Xatırladaq ki, fevralın 21-də Aİ Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.

 

Qeyd edək ki, İsveçrə şirkətləri Ermənistan vasitəsilə Rusiyaya qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinirlər.

Gununsesi.info