Azərbaycanda bu dövlət qurumunun adı dəyişdirildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin adının dəyişdirilməsi” haqqında qərar verib.

Gununsesi.info xəbər verir ki, qərara əsasən, Elm və Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi Elm və Təhsil Nazirliyinin tabeliyində Uşaqların Müdafiəsi İdarəsi adlandırılıb.

Gununsesi.info