Bakıda “Maşın bazarı”nda yanğın - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, mağazada baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

“Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

 

 

 

Gununsesi.info