
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib
Gununsesi.info xəbər verir ki, günün yeganə matçında “Sumqayıt” “Zirə” ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib – 0:0. Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisinin xalları 44-ə çatıb. Aktivinə növbəti 1 xalı yazdıran bakılılar isə 46 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.
Gununsesi.info