
Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Gununsesi.info xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək.
“Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.
Hazırda 13 xalı olan qonaqlar B Liqası və AVRO-2024-də iştirak üçün pley-offa vəsiqəni təmin edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
20:00. Azərbaycan – Qazaxıstan
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)
Bakı, “Dalğa Arena” stadionu
Xal durumu: Qazaxıstan – 13, Azərbaycan – 7, Slovakiya – 6, Belarus – 2
Qeyd edək ki, qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.
Gununsesi.info