Vilayət Eyvazov məşhur idmançıya vəzifə verdi

Tanınmış idmançı Eduard Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Gununsesi.info bildirir ki, bu barədə Eduard Məmmədov özü bildirib:

“Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.

Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm”.
Mətləb
Gununsesi.info