Bakcell-də nə baş verir? -MOBİL OPERATOR MÜŞTƏRİ NARAZILIĞI İLƏ ÜZLƏŞİB

  • By admin
  • 25 Sentyabr 2022 13:02

Azərbaycanın əsas mobil operatorlarından biri olan Bakcell-dən müştəri şikayətlərinin sayı artmaqdadır.

Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən mobil operatorun xidmət səviyyəsi ilə bağlı sosial şəbəkələrdə  çoxsaylı vətəndaş narazılıqları ifadə olunur.

Araşdırmalar zamanı məlum olub ki, son zamanlar  şirkətin xaricdə istifadə üçün satdığı rominq internet  paketlər çalışmır.

Bununla bağlı mobil operatora edilən zənglər də cavabsız qalıb.

Yüzlərlə vətəndaş Türkiyə və bir sıra Avropa ölkələrinə səfər zamanı eyni çətinliklə üzləşib.

Lakin vətəndaşların şikayətinə standart məmur cavabı yazan Bakcell yetkililəri “Probleminiz texniki şöbəyə yönləndirilib, sizinlə əlaqə saxlanılacaq” sözündən başqa izahat vermir.
Son günlər Bakcell abunəçilərinin üzləşdiyi daha bir problem isə 555 müştəri xidmətləri ilə danışığın baş tutmamasıdır.

Belə ki, hər hansı bir sualına cavab almaq istəyən abunəçi müştəri xidmətləri ilə əlaqə qura bilmir.

 

Onu da qeyd edək ki, bir neçə gün  Bakcell-in rəsmi səhifəsində texniki nasazlıq barədə elan yerləşdirilib.

Elanda nasazlığın qısa zamanda həll olunacağına  dair vəd verilsə də bu baş verməyib.

Amma bu elandan bir

Elmar

Gununsesi.info