
Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində gerçəkləşib.
Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. TIR sürücüsünün həbs olunduğu bildirilir.
Gununsesi.info