Milli Məclisdə uşaq bezlərinin qiyməti ilə bağlı TƏKLİF- ÇOX BAHADIR

  • By admin
  • 17 Noyabr 2021 19:33

“Uşaq qidalarının və bezlərinin  əlavə dəyər vergisindən azad olunmasını və faizlərin aşağı salınmasını təklif edirəm”

Gununsesi.info xəbər verir ki , bunu millət vəkili Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında deyib.

O daha sonra əlavə edib:

” Bu gün boşananların sayı artır, analar tək uşaq böyüdür. Bu qidalar və uşaq bezləri çox bahadır.Biz xahiş edirik bu məsələlərə xüsusi diqqət verib , gənc ailələrə, boşanmış və aliment ala bilməyən ailələrin vəziyyətini yaxşılaşdırsaq, uşaqlar qidadan korluq çəkməyəcək”.

Qənirə Paşayevanın verdiyi təklifə , həmkarı Musa Quliyev tərəfindən də dəstək gəlib.

Gununsesi.info