
İspaniyanın “El Mundo” nəşri Lionel Messinin 2017-ci ildə “Barselona” ilə imzaladığı müqavilənin maddi tərəflərinin üstünü açıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, qəzet iddia edib ki, 4 illik bu müqaviləyə əsasən, argentinalı futbolçu ümumən 555 milyon avro qazanmalıdır. Bura futbolçunun illik gəliri ilə yanaşı mükafatlar da daxildir.
Qeyd edək ki, hazırkı müqavilə 2021-ci iln iyunun 30-da başa çatır. Ötən yay futbolçu klubu tərk etmək istəsə də, klub rəhbərliyi Messini buraxmayıb. Nəticədə tərəflər arasında narazılıqlar yaranıb.
Gununsesi.info