
Gununsesi.info məlumatına görə, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Milan Obradoviçin başçılıq etdiyi komanda Finlandiya, Estoniya, Noveç, Avstriya, Xorvatiya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.
A qrupu: AZƏRBAYCAN, Finlandiya, Estoniya, Noveç, Avstriya, Xorvatiya
B qrupu: Latviya, Macarıstan, San Marino, İsrail, Polşa,
C qrupu: Litva, Malta, Şimali İrlandiya, Slovakiya, Rusiya
D qrupu: Kipr, Lixtenşteyn, Belarus, Yunanıstan İslandiya
E qrupu: Moldova, Cəbəllütariq, Uels
F qrupu: Monteneqro, Lüksemburq, Bosniya və Herseqovina
G qrupu: Kosovo, Andorra, Albaniya
H qrupu: Farer adaları, Ermənistan, Şimali Makedoniya
I qrupu: Qazaxıstan, Şotlandiya
Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.
Qeyd edək ki, Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.
Gununsesi.info